Yatrogen

Yatrogen (q.yun. ἰατρός — həkim + q.yun. γενεά — doğulmaq, törəmək) 1925 ci ildə ilk olaraq alman psixiatoru Bumke (Oswald Conrad Edouard Bumke) tərəfindən təklif olunmuş və xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından (fikirin xəstənin anlamayacaq xüsusi leksikondan istifadə etməklə) pisləşməsi mənasını verən tibbi termin. Yatrogen -zay tibbi iş deməkdir[1]. Platonov qeyd edir ki, hansı sahədə çalışmasından asılı olmayaraq həkim yadında saxlamalıdır ki, onun hər bir sözü xəstəyə nalayiq (suggestiv) görünə bilər[2]. Sonradan bu termin tibbdə geniş tətbiqini taparaq, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyan yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir. Yatrogen hal ya reaksiya bəzən xəstənin bir neçə mütəxəssis tərəfindən müalicə olunmasından da yarana bilər. Qədim bir aforizimdə deyildiyi kimi: "Bir həkim yaxşıdır, iki pis, üç təhşətlidir". Yatrogen xəstəliklər ya arzuolunmaz hallar həkim tərəfindən xəstəyə təyin olunmuş dərman preparatlarının əlavə təsirlərindən də yarana bilər. Hər il dünyada 7 milyon xəstə yatrogen fəsadlardan əziyyət çəkir. ABŞ da Beynəlxalq səhiyyə təşkilatı tərəfindən apardığ tədqiqatlar göstərmişdir ki, bu halların yarısı qaçılmaz olsa da yarısından qaç mümkündür.[3][4] Böyük Britaniya xəstəxanalarının 1/10-i bu cür xətalara malikdir. Ali tibbi şuranın gəldiyi qənaət bundan ibarətdir ki, bura əsasən təcrübəsiz – assistent həkimlərin ilk illər buraxdıqları səhvlər aiddir. Təcrübəli mütəxəssis həkimlərin səhvləri halların kiçik bir qismini təşkil edir.[5] Bu tədqiqat zamanı bir həftə ərzində 19 xəstəxana üzrə 120000 təyinat yoxlanılmış, bunlardan 11000-dən çoxunda (8,9%) səhv və yanlışlıqlara rast gəlinmişdir. Bundan da hər 1/60 -i isə potensial olaraq öldürücü xarakter daşımışdır. Demək olar ki hər 10 təyinat planından biri səhv olmuşdur. Daha maraqlısı odur ki, hər 20 baş həkimin təyinatlarından biri xətalı olmuşdur. Bu səhv və səhlənkarlıqların əksəriyyəti də xəstəxanalardakı tələm-tələsik və qaça-qaç iş rejimindən irəli çıxır. Buna görə də müəllifin fikirincə xəstəxanaların yeni yanaşma tərzlərinə ehtiyacları vardır.[6]

Premedikasiya

Premedikasiya — tibbi termin olub, qabaqcadan xəstənin anesteziyaya dərman preparatları vasitəsi ilə hazırlanmasına deyilir. Burada məqsəd xəstənin əməliyyat öncəsi həyəcanını aradan qaldırmaq, anestetik preparatların təsirindən yarana biləcək hipersalivasiyanın - (ağız suyunun hədsiz ifrazının), brakardiyanın (ürək döyüntüsünün kəskin azalmasının) qarşısını almaqdır.

İnvaziv

İnvaziv (lat. invadere - "içəri, daxilə girirəm", "təcavüz") tibbi termin. Xəstəliyin müalicəsi və diaqnostikası məqsədi ilə tətbiq olunan "ağrılı", "qanlı", daxilə girmək üçün orqanizmin təbii örtüyünü - baryerini keçməklə aparılan müdaxilələrə, daha doğrusu onların xarakterinə təbabətdə verilmiş ümumi ad. Məsələn, qan təzyiqinin ölçülməsinin təbabətdə iki üsulu mövcuddur: invaziv - Korotkov üsulu - "qanlı" - "birbaşa" - bilavasitə arteriyaya yeridilmiş kanülə vasitəsilə ölçülmə və qeyri invaziv - "qansız" və ya Riva Roççi - bazuya bağlanmış manjet vasitəsilə ölçülmə. Döş qəfəsinin ultrasəs müayinəsi ağrısız və ya qansız olduğu üçün qeyri invaziv, plevra və ya perikardın punksiyası isə "ağrılı", "qanlı" üsul olduğu üçün invaziv metod adlanır.

  • Minimal invaziv - təbabətdə həyat üçün təhlükəsi cüzvi olan müalicə və müayinə metodlarına verilmiş ümumi ad. Endoskopik cərrahi müdaxilələrə şərti olaraq minimal imvaziv əməliyyatlar deyilir. Məsələn, öd kisəsininuşaqlığınsoxulcanabənzər çıxıntının laparoskopik metodla xaric edilməsi.